media-f68c57f79faeb069d17dd880fdab0f1a

Monteneqronun Doklea şəhərində aparılan qazıntılar zamanı arxeoloqlar 1600 ildən çox yaşı olan Roma qadınına məxsus tarixi əşyaların olduğu məzar aşkarlayıblar.

Patrulaz.az “Yahoo”ya istinadən xəbər verir ki, məzarda “Diatreta” adlanan qladiatorla vəhşi pişiklərin döyüş səhnəsi təsvir olunmuş nadir bəzəkli şüşə qab və müxtəlif qəbir əşyaları tapılıb.

Qazıntılara rəhbərlik edən arxeoloq Miloş Jivanoviç tapıntı ilə bağlı bildirib:

“Bizim diatretamız son dərəcə nadirdir. Üzərində qladiatorun və vəhşi pişiklərin əks olunduğu səhnə bu tip qablar üçün tamamilə unikal nümunədir”.

Qeyd edək ki, bu qab Roma şüşə sənətkarlığının zirvəsi hesab olunur və eramızın IV əsrinə aid elit təbəqəyə mənsub qadının məzarından çıxarılıb. Eyni məzarda qızıl sırğalar, boyunbağı, oyun zərləri, sümük alətlər və daha yeddi şüşə qab da aşkarlanıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər