media-inshot_20251002_222009800

Tanınmış türkiyəli sosial media fenomeni Bahar Candan Türkiyənin mərhum lideri  Mustafa Kamal Atatürkün məşhur sözlərini dəyişdirərək ələ salıb.

Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, Atatürkün işlətdiyi “Benim naçiz vücudum elbet bir gün toprak olacaktır, fakat Türkiye Cumhuriyeti ilelebet payidar kalacaktır” məşhur sözlərini Bahar Candan Instagram hesabında öz videosunda sözləri dəyişdirərək belə deyib:

“Benim naciz vücudum bir gün elbet toprak olacaktır. Ama Bahar Candan ilelebet payidar kalacaktır”.

Videoda Candan ayağındakı sarğı və gözlərinin altındakı qara dairələri göstərib. Paylaşım sosial mediada tənqidlərə səbəb olub, lakin Bahar Candan açıqlayıb ki, məqsədi Atatürkü ələ salmaq olmayıb.

Xatırladaq ki, Bahar Candanın bacısı Nihal Candan müalicə aldığı xəstəxananın reanimasiya şöbəsində ürək tutması keçirib. Bahar və Nihal Candan bacıları müsabiqə ilə gündəmə gəlsələr də, tez bir zamanda sosial mediada trend mövzusuna çevriliblər və tez-tez dəbdəbəli həyat tərzlərini izləyicilərlə paylaşırlar.

Bundan əvvəl Candan bacıları 2023-cü ildə “fırıldaqçılıq” və “çirkli pulların yuyulması” ittihamı ilə həbs olunmuş, aylarla həbsdə qaldıqdan sonra azadlığa buraxılmışdılar.

 


Bənzər xəbərlər