Avropa İttifaqının ali nümayəndəsi Kallasdan Suriyaya dəstək mesajı
Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirləri Toplantısı öncəsi açıqlama verib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, martın 6-da Suriyanın Latakiya şəhərində baş verən hadisələrə toxunan Kallas, zorakılığın çox narahatlıq doğurduğunu və Suriyada ümidin həqiqətən təhlükə altında olduğunu bildirdi.
Aİ-nin regional tərəfdaşları ilə Suriyadakı prosesə daha çox dəstək verməsi lazım olduğunu bildirən Kallas, şiddət hadisələrinin bu gün xarici işlər nazirləri tərəfindən müzakirə ediləcəyini bildirib.