media-inshot_20250915_190436482

Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətdə əldə etdiyi uğurlar beynəlxalq müstəvidə yeni imkanlar açmaqdadır. Vaşinqtonda imzalanan sənədlər və ABŞ-də dövlət başçısına göstərilən yüksək səviyyəli qəbul Azərbaycanın diplomatik qələbəsi kimi dəyərləndirilir. Bu hadisə iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Bəs, Avropa Şurası ilə münasibətlərin tam normallaşması üçün ikili standartlara son qoyulacağı gün nə vaxt gələcək?

Deputat Ceyhun Məmmədov bu barədə Patrulaz.az-a açıqlamasında bildirib ki, ABŞ ilə münasibətlərin düzəlməsi Azərbaycanın böyük uğuru kimi qiymətləndirilir:

Ümumiyyətlə ilk olaraq qeyd etməliyik ki, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi böyük uğurlardan biridir. Vaşinqtonda imzalanan sənədlər Amerika Birləşmiş Ştatları ilə münasibətlərin düzəlməsi Azərbaycanın böyük uğurudur və bugünə kimi Ağ Evdə cənab Prezidentin qeyd etdiyi kimi dünyanın birinci ölkəsində, birinci ofisində, birinci prezidentin qəbulunda bu cür isti qarşılanma olmamışdır. Yəni, cənab Prezidentin ən yüksək səviyyədə qarşılandığını gördük və bu, Azərbaycanın böyük qələbəsi kimi qiymətləndirilməlidir. Bir sözlə, bu, Azərbaycanın həyata keçirdiyi siyasət nəticəsində qazanılan böyük nailiyyətdir. Bu anlamda bizim Amerika Birləşmiş Ştatları ilə münasibətlərimiz yeni bir mərhələyə daxil olur və biz bunun təzahürlərini açıq-aşkar görürük. Yəni bu gün ikitərəfli münasibətlər özünün ən yüksək səviyyəsinə, mərhələsinə, dövrünə qədəm qoyur. Bu gün biz bu əlaqələrin daha da inkişaf etdiyinin şahidiyik. Təbii ki, bu, təsadüfən baş vermir. Qeyd etdiyimiz kimi, həyata keçirilən siyasətin nəticəsidir”.

media-innews_7b63434e6bbe778788327ee33_o_1749128037

C.Məmmədov Azərbaycana qarşı ədalətsizliyə son qoyulmadıqca, hansısa münasibətlərin, əlaqələrin inkişafından söhbət gedə bilməyəcəyini vurğulayıb:

“Avropa Şurasına gəldikdə isə onlar bu gün Azərbaycanı qarşılamağa, Azərbaycanla münasibətləri bərpa etməyə hazırdırlar. Böyük məmnuniyyətlə bunu edərlər. Sadəcə Azərbaycanın da bir yanaşması var ki, bizə qarşı ikili standartlara, bizə qarşı qərəzə, bizə qarşı ədalətsiz yanaşmalara son qoyulmalıdır. Yəni bu baş vermədən münasibətlərin normallaşmasından söhbət gedə bilməz. Bu, əlbəttə ki, ölkə rəhbərliyinin qərarından asılıdır. Ola bilər ki, belə bir addım atılsın və bir müddətdən sonra biz bunun təzahürlərini görək. Bu, gedişatdan, proseslərin hansı formada irəliləməsindən asılıdır. Bizə qarşı ikili standartlara son qoyulması tələb edilir və bunu da etməlidirlər. Azərbaycana qarşı ədalətsizliyə son qoyulmadıqca, hansısa münasibətlərin, əlaqələrin inkişafından söhbət gedə bilməz”.

Beləliklə, Azərbaycan xarici siyasətdə ardıcıl addımları ilə həm ABŞ, həm də Avropa ilə münasibətlərdə yeni imkanlar qazanır. Lakin ikili standartlara son qoyulmadan tam normallaşmadan danışmaq hələ mümkün deyil.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər