Avtobusla toqquşan “Ford”un yükü yola dağıldı - VİDEO
İyunun 8-də Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yol-nəqliyyat qəzası baş verib.
Patrulaz.az xəbər verir ki, O.Şabanov küçəsində “BakuBus”a məxsus, 120 saylı marşrut üzrə hərəkət edən BMC markalı sərnişin avtobusu ilə “Ford Transit” markalı yük avtomobili toqquşub.
Toqquşma nəticəsində yük maşınında daşınan meyvə-tərəvəz məhsulları yola səpələnib. Hadisə zamanı xəsarət alan və ya ölən olmayıb.
Faktla bağlı araşdırma aparılır.






