media-img_2899

Paytaxt yollarında müşahidə edilən mənzərə narahatlıq doğurur.

Patrulaz.az xəbər verir ki, ictimai nəqliyyat üçün ayrılmış xüsusi avtobus zolaqları çox vaxt boş qalır, avtobus sürücüləri isə bu zolaqlardan istifadə etmir, digər avtomobillərin sıx olduğu hərəkət hissəsinə çıxırlar.

Qaydalara əsasən, bu zolaqlar sərnişinlərin rahat və vaxtında ünvana çatmasını təmin etmək məqsədi daşıyır. Lakin hazırkı vəziyyət həm yol hərəkətində nizamsızlığa, həm də sərnişinlər arasında narazılığa səbəb olur.

Bu cür məsuliyyətsizlik sürücülərin təlimatlara əməl etməməsi ilə yanaşı, nəzarət mexanizminin zəifliyi ilə də bağlıdır.


Bənzər xəbərlər