media-9cb23975-c70c-4fc0-99d1-18e9fb75b44d

İndoneziyada Medan şəhərindən paytaxt Cakartaya doğru hərəkət edən avtobusun əyləc sistemi Padang şəhərində yerləşən Bukit Surungan avtobus terminalının yaxınlığında sıradan çıxıb.

Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, bu zaman yoxuş aşağı hərəkət edən sərnişin avtobusu idarəetməni itirərək aşıb.
Qəza nəticəsində avtobusda olan 34 sərnişindən 5-i qadın olmaqla ümumilikdə 12 nəfər həyatını itirib. Sürücü də daxil olmaqla yaralanan 23 nəfər xəstəxanaya yerləşdirilib.
Qərbi Sumatra Polis İdarəsinin rəisi Reza Çairul Akbar Sidiq verdiyi açıqlamada sürücü daxil olmaqla 13 yaralının vəziyyətinin ağır olaraq qaldığını bildirib.
Padang Panjang istirahət bölgəsi polis bölməsinin rəisi yerli mətbuata verdiyi açıqlamada bildirib: “İlkin ehtimalımıza görə, əgər əyləc sistemi sıradan çıxmasaydı, avtobus terminala daxil olacaqdı. Lakin nasazlıq səbəbilə avtobus terminalı ötərək tibb mərkəzinin yanındakı divara çırpılıb”.

Ləman Sərraf


Bənzər xəbərlər