Ayının yaraladığı turisti PUA ilə tapdılar
ABŞ-nin Alyaska ştatında qonur ayı qadın turisti yaralayıb.
Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, hücuma məruz qalan qadın turist yaralı halda yeriyə bilmədiyinə görə yardım çağırıb.
Xilasedicilər onu pilotsuz uçuş aparatları vasitəsilə axtarıblar. Turist bir saat ərzində operatorlarla əlaqədə olub. Nəticədə vertolyotla xəstəxanaya çatdırılıb, vəziyyəti stabildir.
Qeyd edək ki, ayı hücumdan sonra hadisə yerindən qaçıb.






