media-img_5276

Deməli, Nərimanov rayonu Mirzəbala Məmmədzadə küçəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bir “ilkə” imza atıb. Küçədə piyadaların rahat hərəkəti üçün nəzərdə tutulmuş səki AYNA tərəfindən xətlənərək parking ərazisinə çevrilib.

Piyadalar səki ilə gəlib adı çəkilən küçəyə keçəndə artıq piyada səkisində park edilmiş avtomobillərə görə birmənalı olaraq maşın yolu ilə hərəkət etmək məcburiyyətində qalırlar. Bu isə hər gün minlərlə insanın həyatını təhlükə altına salır.

Bir vaxtlar bir çox avtobusların üzərində “Bir avtobus – 80 avtomobil, bir avtobus- 80 sərnişin” şüarı ilə maarifləndirici bannerlər vurulanda, bu yenilik kimi alqışlanmışdı. Həmin təşəbbüs piyada olub ictimai nəqliyyatdan istifadə edən şəxslərə diqqətin nümunəsi kimi qiymətləndirilmişdi.

Bu dəfə isə mənzərə fərqlidir: AYNA sanki “bir neçə maşın səkidə, piyadalar isə avtomobil yolunda” ideyasını reallaşdırır. İndi sual yaranır: bu təşəbbüsü alqışlayaq, yoxsa piyada təhlükəsizliyini arxa plana atdığına görə qınaq edək? AYNA-nın özü də sanki tərəddüddədir – sürücülərin xoşuna gəlsin, yoxsa piyadaların həyatını qorusun?

Patrulaz.az olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu göndərmək istəyirik. Amma göndərək, yoxsa göndərməyək arasında tərəddüd edirik. Sözün düzü, elə biz də qalmışıq belə. Cəmiyyətdə də tərif etsin, tənqid etsin – qalıb belə.

Günay Salayeva

Patrulaz.az


Bənzər xəbərlər