Aysel Manaflı həmkarı Vəfa Şərifovadan polisə şikayət etdi
Müğənni Aysel Manaflı həmkarı Vəfa Şərifovanın polisə şikayət edib.
Patrulaz.az “Axşam.az”a istinadən xəbər verir ki, bu addıma səbəb Vəfanın Ayseli açıq-saçıq görüntüləri ilə şantaj etməsi olub. Aysel video yayımlayaraq bildirib ki, Vəfa onun görüntülərinin əlində olduğunu iddia edir.
A.Manafova eyni zamanda Vəfa Şərifovanın uşaqlarının atası, iş adamı Famil Xəlilovun da ona hədə-qorxu gəldiyini vurğulayıb:
“Məni təhdid edir, şər atır ki, əlində oteldə çəkilən əxlaqsız görüntülərim var. Hətta onun bu görüntünü bir neçə şəxsə göndərdiyini deyir. Ona dəfələrlə bildirdim ki, məni təhdid edir, böhtan atırsan. O isə israrla həmin videogörüntünün mənə məxsus olduğunu vurğulayır və şərəfimi, ləyaqətimi alçaldır.
Bununla kifayətlənməyərək, Vəfa Şərifovanın uşaqlarının atası, iş adamı Famil Xəlilov mənə şər ataraq yalan danışmaqda ittiham edir. Xahiş edirəm, haqq-ədalət bərqərar olunsun və hər iki şəxs cəzalandırılsın. Mənə qarşı edilənlərlə bağlı əlində tutarlı sübutlarım da var”.






