media-8add6bba-2e91-4080-b7f0-c80a42612923

Bakı şəhəri Azadlıq prospekti 116 ünvanında yerləşən binalardan birində naməlum qadının açıq qapılı mənzillərə daxil olmağa cəhd etdiyi ilə bağlı xəbər vermişdik.

Hadisə İnqilab küçəsi ilə kəsişmədə yerləşən binada baş verib.

Görüntülərdə qadının tək-tək bütün mənzillərin qapılarını yoxladığı, daha sonra isə qapısı açıq olan evə daxil olduğu görünür. Hadisə anı mənzil sahibinin müşahidə kamerası tərəfindən anbaan qeydə alınıb.

Mənzil sahibinin sözlərinə görə, qadın evə daxil olduqda onun oğlunu görüb və dərhal məkanı tərk edib. O, həmin vaxt yatdığını, qadının isə nə mənzilə, nə də oğluna zərər vermədən evdən çıxdığını bildirib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Patrulaz.az-a açıqlama verib.

Onun sözlərinə görə, paytaxtın Nərimanov rayonunda yerləşən binalardan birinin mənzillərinə daxil olmağa çalışan naməlum qadınla bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılır. Həmin şəxsin saxlanılması istiqamətində müvafiq tədbirlər görülür.

Qeyd edək ki, Bakıda bu cür oğurluq cəhdlərinin sayı artmaqdadır. Vətəndaşlar mənzillərinin qapılarını daim bağlı saxlamağa və diqqətli olmağa çağırılır.


Bənzər xəbərlər