media-inshot_20250728_130910970

AZAL təyyarəsini vuran rus kapitanı Sergeyeviç Paladiçukun səs yazısı yayılıb. 

Patrulaz.az Rusiya KİV-nə əsasən xəbər verir ki, 2024-cü ilin dekabrın 25-də Azərbaycanın AZAL-ın 8243 saylı reysinin vurulmasında ittiham olunan Rusiya ordusunun kapitanı Dmitri Paladiçukun sensasion audioyazıları və videogörüntüləri yayımlanıb.

Materiallarda Paladiçuk rus ordusundakı xaos və texniki problemlərdən danışaraq, təyyarəyə “kor-koranə” atəş açdığını etiraf edir.

Onun sözlərinə görə, dekabrın 15-də Qroznı yaxınlığında yerləşdirilən 274 saylı döyüş maşını – “Pantsir” sistemi Suriya kampaniyasından sonra texniki cəhətdən yararsız vəziyyətdə olub. Radar, termal kamera və optik sistemlərin işləmədiyini deyən kapitan komandanlıqdan birbaşa əmr aldığını bildirir:

“Dedilər: orada nöqtələr var, Axmat-Sila alayı yerləşib. Kadırovla bağlı hər şeyi vururlar”,- deyə kapitan bildirib.

Paladiçukun ifadələrinə əsasən, nasaz texnika və nizamsız əmrlər nəticəsində hədəfi görmədən, öz riski ilə atəş açmalı olub. Bu isə Azərbaycan sərnişin təyyarəsinin vurulması ilə nəticələnib.

Qeyd edək ki, Dmitri Sergeyeviç Paladiçukun Pantsir-S” zenit-raket-artilleriya kompleksinin 274 saylı döyüş maşınının baş hesablayıcısı olub.


Bənzər xəbərlər