media-inshot_20260113_163059203

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycandan idxal olunan yanacağın ölkədə qiymətlərə təsirini açıqlayıb.

Patrul.az xəbər verir ki, Paşinyan “Teleqram” səhifəsində paylaşdığı videoda bildirib ki, 2025-ci ilin dekabr ayının ortalarında başlanmış Azərbaycan benzini idxalı Ermənistan benzin bazarında rəqabəti artıraraq qiymətlərin aşağı düşməsinə səbəb olub.

Onun sözlərinə görə, premium benzin əsasən Azərbaycandan idxal olunur və ölkədə litri 510 dramdan 430 dramadək enib, yəni təxminən 15% ucuzlaşıb. Dizel yanacağının qiyməti isə son dövrdə 2%, adi benzinin qiyməti isə dekabrla müqayisədə 8% azalıb (Aİ-92 benzini litri 500 dramdan 460 dramadək düşüb).

Baş nazir, həmçinin ictimaiyyətin yanacaq idxalı ilə bağlı narahatlığını “əsassız” adlandırıb.

O bildirib ki, idxal Ermənistanın hərbi texnikasına və ya Azərbaycanın iqtisadiyyatına mənfi təsir göstərməyəcək. Paşinyan qeyd edib ki, sülh sazişi tərəflər arasında etimadı artırıb və bazarda rəqabətin artması uzun müddət dominantlıq edən şirkətləri qiymətləri aşağı salmağa məcbur edib, nəticədə bazarın demonopolizasiyası baş verib.

Xatırladaq ki, 2025-ci ilin dekabrında Ermənistan ilk dəfə Azərbaycan benzini idxal edib. Gürcüstan vasitəsilə çatdırılan ilk partiya 1 200 ton neft məhsulundan ibarət olub, yanvarın əvvəlində isə Azərbaycan 6 100 ton benzin və 1 500 ton dizel yanacağı göndərib.

Paşinyanın nitqini təqdim edirik:


Bənzər xəbərlər