“Azərbaycan beynəlxalq qurumlarla, eyni zamanda BMT ilə qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq qurub”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Deputat bildirib ki, sözügedən əməkdaşlıq daha da dərinləşdirilir: “Bu konteksdən təbii ki, Azərbaycanla BMT arasında münasibətlərin daha da dərinləşməsini müşahidə edirik. Belə ki, BMT-nin xüsusi tədbirləri, o cümlədən COP29 Azərbaycanda keçirildi. Göründüyü kimi, Azərbaycan BMT-nin vacib tədbirlərinə ev sahibliyi edən ölkədir. Bu da onu göstərir ki, Azərbaycan BMT üçün vacib tərəfdaşlardan biridir və münasibətlər qarşılıqlı faydaya əsaslanır. Buna görə də növbəti mərhələdə tərəflər arasında əməkdaşlığın daha da dərinləşməsini müşahidə edəcəyik”.


Bənzər xəbərlər