“Davos İqtisadi Forumunda iştirak edən Prezident cənab İlham Əliyev orada bir sıra görüşlər həyata keçirib. Görüşlərdə ən çox diqqət çəkən məqam isə İsrail prezidenti ilə görüş oldu. İki prezident arasında keçirilən görüşdə qarşılıqlı əlaqələr, beynəlxalq hadisələr və Yaxın Şərqdə gedən proseslər müzakirə olundu”.

Bu sözləri “Patrulaz”a açıqlamasında siyasi ekspert Kazım Kazımov deyib.

O bildirib ki, İsrail və Həmas arasında bir ildən artıq müddətdir ki, qanlı toqquşmalar baş verir: “Lakin bir neçə gün öncə iki tərəf arasında atəşkəs razılaşması əldə edildi və uzun barışıq prosesi başlandı. Azərbaycanın da atəşkəsin əldə edilməsində mövqeyi müsbətdir. Azərbaycan rəsmi qurumlarından verilən açıqlamada atəşkəsin əldə olunması müsbət qiymətləndirilib. O cümlədən, Fələstin və İsrail arasında iki dövlətli prinsip əsasında anlaşmanın əldə olunması vurğulandı. Azərbaycan da hər zaman Fələstin və İsrail arasında qarşılıqlı razılıq əsasında sülhün imzalanmasının tərəfdarıdır. Cənab Prezidentin İsrail dövlət rəhbəri ilə görüşündə də bu məsələlər gündəmə gətirildi”.


Bənzər xəbərlər