“Məlum olduğu kimi Davos Forumu iqtisadi xarakter daşıyır və dünyanın iqtisadi mənzərəsinin formalaşmasında çox mühüm rol oynayır. Burada dövlət başçıları, dünyada iqtisadi çəkisi böyük olan iri şirkətlərin rəhbərləri iştirak edir. Forumda onlar tərəfindən irəli sürülən fikirlər dünya iqtisadiyyatına yeni istiqamətlər verir. Eyni zamanda Forumda iqtisadi güc mərkəzləri bir-biriləri ilə qarşılıqlı dialoqda olurlar”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Polad Mehdiyev deyib.


O bildirib ki, forum iqtisadi xarakter daşısa da, dünya siyasətinə çox ciddi təsir göstərir: “Bu baxımdan Azərbaycan hələ ilk dəfə 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə bu forumda təmsil olundu. 2007-ci ildən başlayaraq isə Azərbaycan cənab Prezident İlham Əliyevin iştirakı ilə Davos İqtisadi Forumuna qatılır. Bu ilki forum da iştirakçı sayı ilə seçilir, burada 60-dan çox dövlət və hökumət başçısı iştirak edir. Dünya liderlərinin iştirakı ilə qlobal çağrışlar, problemlərin həlli yolları araşdırılır. Daha dəqiq desək dünya iqtisadiyyatına yeni texnologiyaların tətbiqi, investisiya qoyuluşu, iş yerlərinin yaradılması forumun əsas müzakirə mövzularıdır.
Azərbaycan hər zaman Cənubi Qafqazın lider ölkəsi kimi bu tədbirə qatılır. Son illər ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar sayəsində Azərbaycanda dayanıqlı iqtisadiyyat formalaşıb. O cümlədən, Azərbaycan nəqliyyat dəhlizlərinin keçidi kimi də mühüm əhəmiyyətə malikdir. Eyni zamanda Azərbaycan yaşıl enerjiyə keçidlə bağlı mühüm adddımlar atır. Bu baxımdan Azərbaycanın bu tədbirə dəvət olunması və iştirakı çox böyük əhəmiyyətə malikdir.
Azərbaycan Prezidentinin Davosda keçirdiyi görüşlərdə ölkəmizlə əməkdaşlığın qurulması müzakirə olunub. Ölkəmizdəki inkişaf, xarici şirkətlərə yaradılan münbit şərait bu cür iqtisadi əməkdaşlıqlarda olduqca əhəmiyyətlidir. Həmçinin enerji böhranı yaşayan Avropanın Azərbaycan enerjisinə də böyük ehtiyacı var və ölkəmiz üzərinə düşən öhdəlikləri məhsuliyyətlə yerinə yetirir”.


Bənzər xəbərlər