“Azərbaycan istəyində haqlıdır”- DEPUTAT DANIŞDI
“Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Bakıdakı “Rus Evi”nin qeydiyyata alınması ilə bağlı tələbi yerinə yetirməyə hazır olduğunu bildirir və bu mövqe təqdirəlayiqdir.
Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, bu Azərbaycanın öz istəyində haqlı olduğunu göstərir və qarşı tərəf də Azərbaycanın mövqeyini qəbul etdi: “Hesab edirəm ki, məsələlər məhz hüquqi müstəvidə biri-birinin suverenliyinə hörmət etməklə, qarşılıqlı istəyi başa düşməklə həll edilə bilər”.