media-img_7443

“Şimali Makedoniya da Azərbaycan kimi SRRİ-nin dağımasından sonra müstəqillik əldə etmiş ökədir. Bu baxımdan da Yuqoslaviyanın dağılması ilə müstəqillik əldə edən Şimali Makedoniya ilə Azərbaycanın müasir tarixində bənzər məqamlar çoxdur. Keçən dövr ərzində iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafı üçün əməkdaşlıq istiqamətləri genişləndirilib”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

media-img_7442
O bildirib ki, Şimali Makedoniya Azərbaycan Respublikasının müstəqilliyini 25 iyun 1995-ci il tarixində tanımışdır: “28 iyun 1995-ci il tarixində isə iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur.
Bu gün Azərbaycanın Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi xarici siyasətin prioritet istiqamətlərindən biridir. Belə ki, Qərbi Avropa dövlətləri ilə sərhəddə yerləşən Balkan ölkələri Şərqlə ticarət, nəqliyyat və tranzit əlaqələrin qurulmasında mühüm rol oynayır. Azərbaycan da öz növbəsində Balkanlarda yerləşən Şimali Makedoniya üçün cəlbedici ölkədir. Hər iki ölkənin oxşar tarixi və keçdiyi inkişaf yolu, eyni zamanda, Azərbaycanın karbohidrogen ehtiyatları dövlətlərimiz arasındakı əlaqələrin inkişafını zəruri edib.
Məlum olduğu kimi iki ölkə artıq energetika sahəsində kifayət qədər uğurlu əməkdaşlıq edir. Keçən ilin sonlarından etibarən Azərbaycan qazı Şimali Makedoniya bazarına çatdırılıb, bu ildən etibarən isə artıq müntəzəm olaraq Azərbaycan Şimali Makedoniyanı qazla təmin edəcək.
Azərbaycanla Şimali Makedoniya arasında enerji sahəsində bu səpkili əməkdaşlıq və ümumiyyətlə ikitərəfli əlaqələrin inkişafı həm də bütövlükdə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi önəm daşıyır. Azərbaycanın Cənub Qaz Dəhlizi, Trans Anadolu Qaz kəməri, Trans Adriatik Qaz kəməri layihələrində əməkdaşlıq etdiyi ölkələrin bir çoxunun Şimali Makedoniya ilə yaxın əlaqələri olması ölkəmizin Avropanın enerji təhlükəsizliyi məsələsində güclənən mövqeyini və rolunu daha da artımış olur.
Bütün bu sadalananlar onu deməyə əsas verir ki, hər iki ölkə bir-birilə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdırlar və bu baxımdan da Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfərinin iki ölkə arasında mövcud münasibətləri daha da inkişaf etdirəcəyi şübhəsizdir”.


Bənzər xəbərlər