media-img_7450

“Azərbaycan və Qazaxıstan münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmiş iki ölkədir. Tarixdə və müasir dövrdə çox mühüm bağlılıqlarımız var və bu bizim mədəni kodlarımızla bağlıdır. Hazırda Türk Dövlətləri Təşkilatında da Azərbaycan və Qazaxıstan mühüm mövqedədirlər. Rəsmi Bakı və Astana arasında etibarlı və böyük gələcəyi olan münasibətlər inkişaf edir”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

media-img_7449
O bildirib ki, Azərbaycan və Qazaxıstanın münasibətlərinin əsas platforması sağlam kateqoriyalardan formalaşıb: “Bu bizim tarixi yaxınlığımızdan irəlir gəlir ki, biz qonşu dövlətlərik. Eyni zamanda bizim qarşımızda çox ciddi təhdidlər var. Bəzi güc mərkəzləri açıq-aşkar qərəzli mövqe sərgiləyirlər. Lakin biz buna imkan vermirik. Azərbaycan və Qazaxıstan geosiyasi baxımından biri-birinə möhtacdır.

XİN rəhbəri Ceyhun Bayramovun Qazaxıstan səfəri bir daha göstərdi ki, iki ölkə arasında mühüm əməkdaşlıq formalaşıb. Azərbaycan və Qazaxıstan dövlət başçılarının dəfələrlə qarşılıqlı səfərləri olub. İki ölkə bir çox beynəlxalq platformalarda birgə fəaliyyət göstərirlər. İkitərəfli münasibətlərimizi tənzimləyən çoxsaylı dövlətlərarası imzalanmış sənədlər mövcuddur və hər iki tərəf bu sənədlərə sadiqdir. Astana və Bakının qarşılıqlı planları mövcuddur. Hansı ki, bu planlar hər iki xalqın mənafeyi və dövlətlərin inkişafı nəzərə alınaraq hazırlanıb”.


Bənzər xəbərlər