Azərbaycana narkotik keçirməyə cəhd edən İran vətəndaşı saxlanılıb
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısını alıblar.
Dövlət Sərhəd Xidmətindən Patrulaz.az-a verilən məlumata görə, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.