media-inshot_20250608_230208488

2025-ci ilin ilk rübündə ölkədə adambaşına düşən istehlak xərcləri 367 manat 76 qəpik təşkil edib.

Patrulaz.az “Yeniavaz.com”un yayımladığı statistikaya əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% artım göstərib.

Əhalinin gündəlik tələbatında əsas yer tutan qida məhsullarına isə orta hesabla 165,3 manat xərclənib. Bu da əvvəlki illə müqayisədə 5% yüksəliş deməkdir.

Diqqət çəkən məqam odur ki, alkoqollu içkilərə sərf olunan vəsaitdə ən yüksək artım qeydə alınıb. Adambaşına düşən xərc 2,24 manata çatıb, bu isə illik müqayisədə 9,8% artım deməkdir.

Ən az artım isə kommunal xidmətlər – su, işıq, qaz və digər yanacaq növlərinə edilən ödənişlərdə olub. Bu istiqamətdə xərclər 29,23 manat təşkil edib ki, bu da cəmi 0,3% artım deməkdir.


Bənzər xəbərlər