“Azərbaycanda keçirilən bələdiyyə seçkiləri yüksək fəallıqla yadda qaldı” – POLİTOLOQ ŞƏRH ETDİ
“Azərbaycanda keçirilən bələdiyyə seçkiləri yüksək fəallıqla yadda qaldı. Bələdiyyə üzvlüyünə xeyli sayda namizədlər var idi ki, onlar tam şəffaf şəkildə seçki kampaniyalarında iştirak etdilər. Nəhayət, 29 yanvar tarixində bələdiyyə seçkiləri yüksək səviyyədə həyata keçirildi”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

O bildirib ki, bələdiyyə fəaliyyətində uzun illərdir çalışan təcrübəli insanlarla yanaşı, gənc simalar da var idi ki, onlar bələdiyyə üzvlüyünə namizəd idilər:
“Bütövlükdə ötən il ölkəmizdə həm prezident, həm də parlament seçkiləri keçirildi. Bu, növbədənkənar iki seçki prosesinə nisbətdə bələdiyyə seçkilərinə hər zaman maraq az olub. Amma istənilən halda bələdiyyə üzvlüyünə namizədlər arasında proseslə yeni tanış olan insanlar var idi. Bu da onu göstərir ki, bələdiyyə sisteminə maraq var.
Bütövlükdə seçkilər uğurla və yüksək peşəkarlıqla başa çatdı”.






