“Azərbaycanda keçirilən seçkilər xalqın iradəsinin ifadəsidir“ – DEPUTAT
“Ölkəmizdə demokratik, azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün hüquqi baza, qanunvericilik əsası var”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında Milli Məclisin sədr müavini Musa Qasımlı deyib.

Deputat bildirib ki, seçkilər qanunvericiliyə uyğun olaraq keçirilir:
“Azərbaycanda keçirilən seçkilər xalqın iradəsinin ifadəsidir. Dünən baş tutan bələdiyyə seçkiləri də bunu bir daha göstərdi”.






