Azərbaycanda servis haqqı ləğv oluna bilərmi? - İQTİSADÇI RƏYİ
Türkiyədə restoranlarda servis haqqı tələb etmək rəsmi olaraq qadağan edilib.
Yeni dəyişikliyə əsasən restoranlar, kafelər, şirniyyat dükanları və qida və içki xidmətləri təklif edən oxşar müəssisələr artıq istehlakçılardan servis, masa, örtük haqqı və s. kimi hər hansı bir ad altında əlavə ödəniş tələb edə bilməyəcəklər.
Azərbaycanda da oxşar qadağa tətbiq edilməlidirmi?
Mövzu ilə bağlı Patrul.az-a fikirlərini bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli bildirib ki, Türkiyədə qəbul olunan bu qərar o qədər də uğurlu deyil:
“Restoranlar servis haqqını ləğv edib, yemək-içməyin qiymətini bahalaşdıra bilər. Ona görə də bu mübarizə metodu deyil. Hesab edir ki, Azərbaycanda da bu qərarın tətbiqinə ciddi ehtiyac yoxdur. Sadəcə olaraq optimal qiymətə formalaşdırmaqdan ötrü rəqabət mühitini artırmaq kifayətdir. Əgər buna nail olunsa, restoranlar servis haqqını onsuzda ləğv edəcək və ya qiyməti azaldacaq”.
Ləman Sərraf






