“Yanvar ayının 29-da ölkəmizdə böyük ictimai-siyasi hadisə olan növbəti bələdiyyə seçkiləri keçirildi. Seçki günü Azərbaycan Respublikasının seçiciləri öz iradəsini ifadə etdi. Seçki prosesi şəffaf və demokratik şəraitdə baş tutdu”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Kamran Bayramov deyib.


Deputat bildirib ki, ölkədə mövcud olan 685 bələdiyyədə 8071 bələdiyyə üzvlüyü üçün 16 mindən çox namizəd mübarizə aparırdı: “Seçki öncəsi təşviqat dövründə də həmin namizədlər öz təşviqat kampinayalarını həyata keçirdilər. Seçki prosesini təxminən 70 minə yaxın müşahidəçi izləyirdi və müşahidəçilər müxtəlif siyasi partiyaları təmsil edirdilər.

Azərbaycanda zəngin seçki təcrübəsi mövcuddur. Eyni zamanda seçkilər ölkəmizin seçki qanunvericiliyinə uyğun olaraq keçirilir və bu sahədə Azərbaycanın çox böyük nailiyyətləri var”.


Bənzər xəbərlər