“Rusiyanın davranışları hər zamanki kimidir. Azərbaycan Rusiya üçün keçilməz tərəfdaşdır. Üstəlik strateji tərəfdaş olaraq Rusiya üçün böyük əhəmiyyət kəsb edirik. Belə bir şəraitdə Azərbaycanı incitmək, narazı salmaq ilk olaraq elə Rusiyanın özünə zərərdir”.

Bu sözləri “Patrulaz”a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

O bildirib ki, Rusiya bizə ehtiyac duyduğu halda Azərbaycana qarşı bu cür davranmamalıdır: “təəssüflər olsun ki, Rusiya davamlı şəkildə anti-Azərbaycan siyasətini həyata keçirməyə çalışır. Mütləq ki, hər hansı məsələ ilə üzərimizə gəlir, təyyarəmizin vurulması da məhz bu qəbildəndir. Hazırda Rusiya həm günahkardır, həm də özünü güclü göstərməyə çalışır. Amma unutmamalıdır ki, Azərbaycan həmin Azərbaycan deyil. Azərbaycan bu gün dünyada sayılıb-seçilən və öz mövqeyi olan dövlətdir”.


Bənzər xəbərlər