“Rusiya hakim partiyasından olan siyasətçilərin son zamanlarda Azərbaycan-Rusiya münasibətlərinin zədələnməsinə yönəlik verdiyi açıqlamalar AZAL təyyarəsinə qarşı baş verənləri manipulyasiya etməyə çalışırlar. Hakim komandaya bağlı olan siyasətçilərin bu məsələ üzərindən böhtan xarakterli uydurmaları, həmçinin Azərbaycan əleyhinə Rusiya mediasında qara piar kampaniyasını gücləndirməsi böyük təəssüf doğurur”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

O bildirib ki, “Yedinaya Rossiya” partiyasına mənsub deputatların Azərbaycana hücumda iştirakı da bir daha göstərir ki, Rusiya hadisənin fərqindədir və AZAL təyyarəsinə qarşı baş verən cinayətin bilir. Sadəcə olaraq bunu etiraf edib, Azərbaycandan üzr istəyib, kompensasiya ödəmək yerinə hakim partiyanın deputatlarının dili ilə ölkəmizə qarşı informasiya hücumları həyata keçirirlər. Bütün bunlar isə iki ölkə arasında formalaşmış yaxşı münasibətlər sistemində Rusiya hakim partiya nümayəndələrinin səmimi davranmadıqlarını göstərir. Bu gün Azərbaycanı təhdid etmək böyük ayıbdır. Görünən odur ki, Rusiya yaxşı münasibətləri olduğu Azərbaycanla əlaqələrin korlanmasından da ehtiyyat etmir”.


Bənzər xəbərlər