“Azərbaycanın qətiyyəti və sərt siyasəti beynəlxalq qüvvələrə ən böyük cavab olacaq”- ŞƏRH OLUNDU
“BMT-nin insan hüquqları üzrə ali komissarının növbəti açıqlaması riyakarlığın və ikiüzlülüyün növbəti bariz nümunəsidir. Azərbaycan xalqına qarşı 30 ilə yaxın işğal siyasəti yürütmüş, Azərbaycan ərazilərini yerlə-yeksan etmiş, torpaqlarımı talan etmiş, xalqımıza qarşı soyqırımılar törədən Ermənistan dövləti yaramaz qüvvələr tərəfindən müdafiə edilir”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında siyasi ekspert Sahil Kərimli deyib.

O bildirib ki, bu gün Azərbaycan xalqına qarşı Ermənistanın vaxtilə həyata keçirdiyi soyqırımı və müharibə cinayətləri törədən şəxslərin beynəlxalq qüvvələr tərəfindən müdafiə edilməsi böyük təəccüb doğurur: “Həmin şəxslər Azərbaycan torpaqlarının işğal edilməsi zamanı ölkəmizə, xalqımıza qarşı cinayət törətmiş şəxslərdir. Sözügedən şəxslər hazırda Azərbaycan məhkəməsi qarşısında cavab verməli olurlar.
Azərbaycanlıların kütləvi şəkildə zorakılıqla öz ata-baba yurdlarından çıxarılması faktı, sonrakı dövrdə isə torpaqlaırımızın işğal edilməsi, bir çox terror aktlarının törədilməsi beynəlxalq ictimaiyyət tərəfindən unudulur. Bu riyakar siyasət Azərbaycana qarşı uzun illərdir ki, davam edir. Lakin Azərbaycanın qətiyyəti, sərt siyasəti hər zaman olduğu kimi bu gün də beynəlxalq qüvvələrə ən böyük cavab olacaq”.






