“Azərbaycanla münasibətlərin qırılması Rusiya üçün blokada şəraitini daha da artıra bilər” – ŞƏRH OLUNDU
“Rusiyanın atdığı addımlar şovunist ideologiyaya bürünərək xarici siyasət yürütməsindən və hələ də imperialist maraqlarından əl çəkməməsindən xəbər verir. Azərbaycan hər zaman qonşu dövlətlərlə, eyni zamanda Rusiya ilə də özünün dinamik əlaqələrini qurmağa çalışıb və bu istiqamətdə öz töhfələrini verib”.
Bu sözləri “Patrulaz”a açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

O bildirib ki, Moskva Azərbaycanın həyata keçirdiyi siyasətə adekvat cavab reaksiyası verməyi bacarmır: “İstənilən halda Azərbaycan regionun güclənən dövlətidir. Belə olan halda Azərbaycanla əlaqələrin Rusiya tərəfindən gözardı edilməsi onlara müsbət heçnə vəd etmir. Çünki bu gün Rusiyanın ciddi şəkildə dünyada təklənməsi, ona qarşı sanksiyaların tətbiq olunması, bir çox tərəfdaşlarını itirməsi fonunda regionun aparıcı qüvvəsi olan Azərbaycanla da münasibətlərin qırılma şəraitinə gəlməsi Rusiya üçün blokada şəraitini daha da artıra bilər. Düşünürəm ki, Putin öz siyasətində mütləq şəkildə redaktələr etməlidir. Əks halda diplomatik əlaqələrin zəifləməsi, qırılma nöqtəsinə getməsi elə Rusiyanın öz maraqları xaricində irəliləyəcək”.






