media-9970868b-f75e-4d96-abf7-e60a7b6024ce

“Türkiyə-Azərbaycan münasibətləri daim inkişafda olan tarixi, strateji müttəfiqlik münasibətləridir. Bu münasibətlər hər gün daha da dərinləşir”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

media-img_7111
Deputat bildirib ki, Azərbaycanla Türkiyə arasındakı münasibətlərin çox böyük potensialı var: “Bu potensialdan istifadə etmək üçün hər iki ölkənin prezidentləri daim yeni layihələr, yeni planlar və ortaq fəaliyyət üzərində plan hazırlayırlar. Keçdiyimiz həftə İğdır-Naxçıvan qaz kəmərinin açılmasını da Azərbaycan-Türkiyə münasibətlərinə verilən yeni töhfə kimi qiymətləndirməliyik. Eyni zamanda Naxçıvanın rifahı, problemlərin həlli üçün bu qardaş ölkə tərəfindən atılan mühüm addımdır.
İki ölkə arasında hər gün inkişaf edən iqtisadi münasibətlər, yeni kommunikasiyalar vasitəsilə biri-birinə birləşdirilməsi yeni zəruri addımları şərtləndirir. Bütövlükdə, bütün sahələr üzrə Türkiyə-Azərbaycan münasibətləri gün keçdikcə daha da dərinləşir”.


Bənzər xəbərlər