media-eacaf9e1-4a22-4153-9976-9c99ec6f58c8

“Azərbaycan-Türkiyə münasibətləri müasir dünyada digər dövlətlər arasında səmimi dostluq, qardaşlıq münasibətləri qurmaq üçün örnək rolunda çıxış edə bilər. İki ölkə arasındakı münasibətlər Azərbaycanın müstəqilliyinin başlanğıcından etibarən sürətlə inkişaf edib, bütün istiqamətlərdə əməkdaşlıq qurulub.

Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

O bildirib ki, Azərbaycan-Türkiyə münasibətlərinin xarakteri bütövlükdə, iki ölkənin yerləşdiyi regionda geosiyasi və geoiqtisadi mühit üçün təsirli amil rolunda çıxış edir: “Bu gün Cənubi Qafqaz regionunda reallaşdırılan çox mühüm strateji əhəmiyyətli enerji layihələrində Azərbaycanla Türkiyənin birgə təşəbbüsləri və iştirakı həlledici rol oynayır. Nəzərə almaq lazımdır ki, Cənubi Qafqaz regionunda həyata keçirilən mühüm əhəmiyyətli layihələr, bütövlükdə dünyanın enerji bazarında çox təsirli rol oynayır. Eyni zamanda Avrasiyanın nəqliyyat-logistika layihəsinin keyfiyyətcə yenilənməsini şərtləndirir.

Azərbaycan Prezidentinin Türkiyəyə səfəri iki ölkə arasında münasibətlərin daha da dinamikliyini şərtləndirəcək. Azərbaycan öz torpaqlarını Ermənsitanın işğalından azad edən zaman Türkiyə hər zaman ölkəmizin yanında olduğunu bəyan etdi, mənəvi-siyasi dəstək oldu. Bütün beynəlxalq tribunalarda iki ölkə qarşılıqlı şəkildə biri-birlərinin maraqlarını nəzərə alıb, mövqelərini dəstəkləyiblər. Xüsusilə də Azərbaycan və Türkiyənin fəal iştirakçısı olduğu təşkilatlarda olduqca effektiv siyasi münasibətlər və çoxşaxəli əməkdaşlıq sistemi qurulub. Bu mənada Türk Dövlətləri Təşkilatını xüsusi qeyd etmək lazımdır. Təşkilat çərçivəsində Azərbaycanın təşəbbüsləri sıx əməkdaşlığın qurulmasında çox təsirli olub”.

Səbinə Hüseynli


Bənzər xəbərlər