Azərbaycanlı gənc “Yetenek Sizsiniz”də uğur qazandı - VİDEO
Azərbaycanlı gənc müğənni Şahin İmaməliyev, Türkiyədə yayımlanan məşhur “Yetenek Sizsiniz” istedad müsabiqəsində uğurlu çıxışı ilə diqqət mərkəzinə düşüb. Yarışmada səsləndirdiyi mahnı ilə münsiflər heyətinin dörd üzvündən də bəyənmə alaraq ikinci mərhələyə vəsiqə qazanıb.
Şahin İmaməliyevin səhnədəki çıxışı həm tamaşaçılar, həm də münsiflər tərəfindən alqışlarla qarşılanıb. Onun səsi və səhnə mədəniyyəti bir daha sübut edib ki, Azərbaycan musiqiçiləri beynəlxalq platformalarda da öz sözlərini deməyə qadirdirlər.
Patrulaz.az kollektivi olaraq, gənc istedadımızı bu əlamətdar nailiyyəti münasibətilə səmimi qəlbdən təbrik edir, ona yaradıcılıq yolunda daha böyük uğurlar arzu edirik.
Azərbaycan gənclərinin belə nüfuzlu yarışlarda uğur qazanması ölkəmizin mədəniyyətini və musiqisini dünyaya tanıtmaq baxımından böyük əhəmiyyət daşıyır.