media-inshot_20251224_155425588

Yeni il bayramı ərəfəsində səyahətə maraq əhəmiyyətli dərəcədə artır. Bayram tətilindən yararlanmaq istəyən insanlar həm qış ab-havasını yaşamaq, həm də istirahət və əyləncə imkanlarından faydalanmaq üçün müxtəlif ölkələrə üz tutur. Bu dövrdə turizm bazarında müəyyən istiqamətlər xüsusi fəallığı ilə seçilir.

Yeni il bayramında ümumilikdə və Azərbaycandan ən çox hansı ölkələrə səyahət olunur?

Bu barədə turizm üzrə ekspert Rəhman Quliyev Patrul.az-a açıqlamasında bildirib ki, yeni il tətilində azərbaycanlılar daha çox yaxın və əlverişli istiqamətlər olan Türkiyə və Gürcüstanı, bayram proqramları və iqlim fərqinə görə Dubayı, qış turizmi və şəhər istirahəti üçün isə Avropa ölkələrini seçirlər:

media-inshot_20251224_155201579

“Yeni il tətilini xaricdə keçirmək istəyən azərbaycanlılar üçün ən çox seçilən istiqamətlər bunlardır:

Türkiyə Adətən ən çox səyahət olunan ölkələrdəndir. Gürcüstan qonşu olması, əlverişli gediş-gəliş və xizək kurortları ilə çox seçilir.

Birləşmiş Ərəb Əmirlikləri xüsusilə Dubay Yeni il tədbirləri, hava limanının bağlantısı və şopinq festivalları səbəbindən çox populyardır.

Rusiyanın müxtəlif şəhərləri xüsusilə qış turizmi üçün müraciət edilir. Şengen ölkələri və Avropa istiqamətləri də müəyyən turistlər tərəfindən seçilir Macaristan , İtaliya, Fransa xüsusilə vizasi olanlar ucun daha əlverişlidir.

Türkiyə, Gürcüstan və BƏƏ (Dubay) bu dövrdə ən çox seçilən xarici istiqamətlərdəndir.

Qonşu və qısa uçuş məsafəsiTürkiyə, Gürcüstan

Məşhur bayram proqramları və iqlim fərqi Dubay/BƏƏ

Qış turizmi və şəhər tətili Avropa ölkələri (Şengen)”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər