media-inshot_20250825_112844347

Azərbaycanlı startupçı Yaqub Rəhimovun əsasını qoyduğu “Polygraf AI” şirkəti, Silkroad İnnovasiya mərkəzinin təşkil etdiyi “Road to TechCrunch Battlefield 200” yarışmasının qalibi olub. Mərkəzi Asiya, Qafqaz və Türkiyədən qoşulmuş 400-dən çox startap arasından qalib seçilən şirkət qlobal nüfuzlu “TechCrunch 2025” yarışmasında finala birbaşa vəsiqə qazanıb.

Patrulaz.az xəbər verir ki, “Polygraf AI” layihəsi süni intellektin sürətlə inkişaf etdiyi dövrdə təşkilatların məlumat təhlükəsizliyini qorumağa və deepfake risklərinin aşkarlanmasına yardım edir. Platforma deepfake səs və saxta məzmunu aşkar edir, həmçinin “OpenAI”, “Gemini” və “Microsoft Copilot” kimi süni intellekt alətlərinə məxfi məlumatların sızmasının qarşısını alır.

“Bu qalibiyyət “Polygraf Aİ” komamdası olaraq işimizin qlobal əhəmiyyətini bir daha təsdiqləyir. Fəaliyyətimiz lokal Kiçik Dil Modeli (SLM) texnologiyası ilə kritik əməliyyat komandalarını komplayns risklərindən qorumağa, həm də süni intellekt əsaslı fırıldaqçılığın qarşısını almağa yönəlib. San-Fransiskoda keçiriləcək “TechCrunch Disrupt” tədbirində missiyamızı daha geniş auditoriyaya çatdırmaq, eləcə də “Battlefield 200” yarışında qalibi olub tarixi bir ilk yaratmaq imkanıdır,” – deyə Y.Rəhimov bildirib.

Bildirək ki, bu uğur şirkətin cari il ərzində qazandığı ardıcıl qalibiyyətlərin davamıdır. Belə ki, bundan öncə də Polygraf Aİ ABŞ-da keçirilən “SXSW Pitch”, “SummerFest Tech” kimi daha iki nüfuzlu yarışda qalib adını qazanmışdı.

“Polygraf AI” haqqında

“Polygraf AI” – süni intellekt dövründə şəffaflıq, təhlükəsizlik və etibarlılıq üzərində qurulmuş bir platformadır. Şirkət təşkilatlara deepfake, sintetik təhlükə, məlumat itkisi və daxili riskləri vaxtında aşkar etməyə kömək edir. Ətraflı məlumat üçün: www.polygraf.ai

“TechCrunch” haqqında

“TechCrunch” – dünyanın ən nüfuzlu texnologiya mediası və startap ekosisteminin aparıcı platformalarından biridir. 2005-ci ildən fəaliyyət göstərən “TechCrunch” hər il minlərlə texnologiya şirkəti və investorları bir araya gətirən “TechCrunch Disrupt” konfransını təşkil edir. Bu tədbirdə “Startup Battlefield” yarışması vasitəsilə seçilən ən perspektivli startaplar qlobal səhnədə öz həllərini təqdim edir.

media-a3eb4011-98bd-3f4e-9254-d47f878a4790_850 media-3ded880a-66fb-3376-aafa-3b9a798e8349_850

 


Bənzər xəbərlər