"Azərçay" qutularında Rusiya əleyhinə şüarlar? – Azərsun Holdinqdən AÇIQLAMA
Sosial şəbəkələrdə yayılan görüntülərdə Rusiyanın Krasnodar vilayətində yerləşən mağazalardan birində satılan “Azərçay” məhsullarının üzərində provokativ ifadələrin yer aldığı iddia olunub.
Patrulaz.az xəbər verir ki, yayılan videoda qutuların üzərinə aşağıdakı kimi ifadələrin əlavə edildiyi görünür:
“Azərçay – sən Rusiyanı incitmə!”
“Azərçay – Rusiya cavab verəcək, sən darıxma!”
“Azərçay – RF-də qanunu pozdunsa, cavab verəcəksən!”
Məsələ ilə bağlı məhsulun istehsalçısı olan “Azərsun Holdinq”in mətbuat xidməti açıqlama verib.
“Rusiyada satılan “Azərçay” məhsullarının dizaynında, görünüşündə və qutular üzərindəki yazılarda heç bir dəyişiklik edilməyib. Heç bir şüar və ya çağırış qutuların üzərinə əlavə olunmayıb. Sosial şəbəkələrdə yayılan video saxtalaşdırılıb və həqiqəti əks etdirmir”.
Qeyd edək ki, “Azərçay” məhsulları hazırda Rusiya daxil olmaqla bir çox ölkədə satışdadır və istehsalçı şirkət bu tip iddiaların dezinformasiya xarakteri daşıdığını bildirir.
Gülbəniz Səfərova






