media-neft

Dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.

Patrul.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,22 dollar və ya 6,42% artaraq 86,51 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ötən gün neftimiz 81,29 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.


Bənzər xəbərlər