"Azərişıq" ASC Sumqayıtda çürümüş elektrik dirəyini operativ şəkildə dəyişdirdi - VİDEO
Xəbər verdiyimiz kimi, Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi Gərray Məmmədov küçəsində 6 kilovatlıq Fidel ağ-baba xəttindən qoşulmuş 0,4 kilovatlıq Sib kabel xəttinin ağac dayağı çürümüşdü və əyilərək təhlükəli vəziyyət yaratmışdı.
Patrulaz.az xəbər verir ki, problem üzrə “Azərişıq” ASC-yə məlumat verildikdən qısa müddət sonra Sumqayıt Regional Enerji Təchizatı və Satış İdarəsinin (RETSİ) “Sumqayıt Elektrik Şəbəkəsi dərhal tədbirlər görməyə başlayıb.
Belə ki, qurum kabel xəttində yaranmış problemi və çürümüş dirəyin yaratdığı təhlükəni aradan qaldırmaq üçün görülən işləri başa çatdırıb.
Redaksiyamıza göndərilən görüntülərdə kabel xətlərindəki qəza və ağac dayağının təmiri üçün həyata keçirilən tədbirlər aydın görünür.
İşlər tamamlandıqdan sonra kabel xətti yenidən normal vəziyyətə gətirilərək tam bərpa olunub.
Patrulaz.az redaksiyası “Azərışıq” ASC-yə problemi operativ şəkildə həll etdiklərinə görə təşəkkürünü bildirir!
Gülbəniz Səfərova






