media-photo-output

Yasamal rayonu Mikayıl Müşfiq küçəsində yaşayan sakinlər aylardır ciddi sanitariya problemi ilə üz-üzə qalıblar. Belə ki, 14 və 31 nömrəli ünvanlarda yerləşən binaların kanalizasiya xətlərinin tutulması nəticəsində çirkab sular birbaşa küçəyə axır.

Patrulaz.az-a müraciət edən sakinlərin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara – xüsusilə “Azərsu” ASC-yə və Yasamal Rayon İcra Hakimiyyətinə məlumat verilsə də, bu günə qədər heç bir tədbir görülməyib.

“Artıq küçəyə çıxmaq mümkün deyil. Pis qoxu və tullantı suları həm uşaqların sağlamlığına, həm də ümumi yaşayış şəraitinə ciddi təsir edir. Müraciətlərimiz cavabsız qalır”, – deyə sakinlər bildirirlər.

Sakinlər problemin tezliklə həllini tapacağına ümid etsələr də, vəziyyətin ağırlaşdığı təqdirdə məsələni geniş şəkildə ictimailəşdirəcəklərini vurğulayırlar.


Bənzər xəbərlər