media-img_3420

Bakının Babək prospektində yerləşən iri gövdəli bir ağac güclü küləyin təsirindən əyilərək qəzalı vəziyyətə düşüb. Hazırda həmin ağac həm ərazidən keçən piyadalar, həm də avtomobillə hərəkət edən sürücülər üçün ciddi təhlükə mənbəyinə çevrilib.

Patrulaz.az-a daxil olan məlumata görə, ağacın istənilən an aşaraq hərəkətdə olan nəqliyyat vasitəsinin və ya piyadanın üzərinə düşmə ehtimalı var. Belə hal isə faciə ilə nəticələnə bilər.

Redaksiyamıza müraciət edən vətəndaşlar aidiyyəti qurumlardan təcili olaraq tədbir görülməsini, ağacın insanlara və ya əmlaka zərər yetirmədən təhlükəsiz şəkildə ərazidən götürülməsini xahiş edirlər.


Bənzər xəbərlər