Bakı metrosunda körpə dünyaya gəldi
Bu gün səhər saatlarında Bakı metrosunda qeyri-adi hadisə baş verib.
Patrulaz.az xəbər verir ki, saat 07:40 radələrində “Bakı Metropoliteni” QSC-nin “20 Yanvar” stansiyasında bir qadın körpə dünyaya gətirib.
Məlumata görə, stansiya əməkdaşları dərhal müdaxilə edərək qadına ilkin yardım göstəriblər. Daha sonra hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub və zəruri tibbi müdaxilə həyata keçirilib.
Qadının övladı sağlam şəkildə dünyaya gəlib. Ana və körpənin vəziyyətinin stabil olduğu bildirilir.






