media-inshot_20250618_105550026

Paytaxtın “28 May” metrostansiyasında sərnişin qatar yoluna tullanıb.

Patrulaz.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Lent.az-a verdiyi məlumata görə, hadisə zamanı qatar yoluna düşən şəxs tələbə olub.

“O, tələbə bileti relslərin üzərinə düşdüyü üçün onu götürmək məqsədilə özünü qatar yoluna atıb. Bileti götürdükdən sonra dərhal yoldan çıxıb”, – deyə qurum rəsmisi bildirib.

Hadisə yerinə dərhal mühafizə və təhlükəsizlik əməkdaşları cəlb olunub. Məlumata görə, tələbə hüquq-mühafizə orqanlarına təhvil verilib.


Bənzər xəbərlər