media-inshot_20250807_093257525

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Patrulaz.az xəbər verir ki, qəza Bakı–Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata əsasən, hərəkətdə olan mikroavtobus yük maşınına çırpılıb. Qəza nəticəsində 7 nəfər ölüb, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəzaya səbəb kimi “Sprinter”in sürücüsü Arif Bağırovun sükan arxasında ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur.

Şəmkirdə ağır qəzada ölənləri adları:

Məlumata görə, ölənlərin 4-ü kişi, 3-ü qadındır:

– 1992-ci il təvəllüdlü Şadət Bayramov,

– 1975-ci il təvəllüdlü Bəsti Nəbiyeva,

– 1977-ci il təvəllüdlü Aydın Pənahov,

– 1962-ci il təvəllüdlü Qızxanım Tomayeva,

– 2008-ci il təvəllüdlü Kənan Məmmədov,

– 1978-ci il təvəllüdlü Fəxriyyə Novruzova

– 1966-ci il təvəllüdlü Arif Bağırov.

Həssas görüntüləri təqdim edirik:


Bənzər xəbərlər