media-img_3629

Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsində yerləşən 177 və 179 nömrəli binaların sakinləri redaksiyamıza müraciət edərək “Kəpəz” MTK-nın bu ünvanda qanunsuz tikinti işləri apardığını bildiriblər. İddialara görə, son aylarda adıçəkilən MTK tərəfindən binaların dam örtüyü sökülərək əlavə mərtəbə formasında mənzil inşasına başlanılıb.

Sakinlərin Patrulaz.az-a bildirdiyinə görə, əvvəllər dövlət qurumlarının müdaxiləsi ilə tikinti işləri müvəqqəti olaraq dayandırılsa da, son 1-2 həftə ərzində “Kəpəz” MTK yenidən dam hissəsində tikinti işlərinə başlayıb. Hal-hazırda 179 nömrəli binada işlər aktiv şəkildə davam edir, 177 nömrəli binada isə prosesin artıq yekunlaşdığı bildirilir.

Ən diqqətçəkən məqam isə sakinlərin dəfələrlə etdiyi şikayətlərə baxmayaraq, dövlət qurumlarının hələ də ciddi tədbir görməməsidir. Redaksiyamıza təqdim olunan rəsmi məktublarda aidiyyəti qurumlar tikintinin qanunsuz olduğunu və işlərin dayandırıldığını bildirir. Lakin reallıqda MTK-nın sökülmüş dam örtüyünü bərpa etməsi əvəzinə, mənzil inşasını davam etdirdiyi qeyd olunur.

Şikayətçilər xüsusilə Yasamal Rayon İcra Hakimiyyətinin bu məsələni görməzdən gəldiyini, bunun isə sakinlərin həyat və təhlükəsizlik hüquqlarını kobud şəkildə pozduğunu vurğulayırlar.

Qeyd edək ki, qanunvericiliyə əsasən, istər çoxmənzilli yaşayış binalarının dam örtüyündə, istərsə də ümumi istifadə zonalarında edilən hər hansı əlavə tikinti işləri yalnız müvafiq dövlət icazələri və sakinlərin razılığı ilə mümkündür. Bu qaydaların pozulması isə ciddi inzibati və cinayət məsuliyyəti yaradır.

media-img_3630 media-16888c45-ab28-48f1-9f94-5622ee5f3782 media-img_3629 media-img_3631 media-img_3632 media-img_3633 media-img_3634 media-img_3635


Bənzər xəbərlər