Bakıda aşmaq üzrə olan ağac sakinlərin həyatı üçün təhlükəyə çevrilib - VİDEO
Bakıda aşmaq üzrə olan ağac sakinlərin həyatı üçün təhlükəyə çevrilib.
Patrulaz.az-ın əldə etdiyi məlumata görə, Məmməd Araz küçəsi 67/71 ünvanında yerləşən çoxmənzilli binanın qarşısındakı əyilmiş ağac hər an aşıb faciəyə səbəb ola bilər.
Hadisə paytaxt sakinləri arasında narahatlıq doğurub. Ərazidə lentə alınan görüntülərdə isə ağacın tamamilə əyildiyi, hər an aşaraq həm piyadalara, həm də yaxınlıqdakı avtomobillərə zərər yetirə biləcəyi açıq şəkildə görünür.
Məsələ ilə bağlı bina sakinlərindən biri bildirib ki, bu barədə dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və digər aidiyyəti qurumlara bildirilib. Amma hələ də heç bir tədbir görülməyib.
Qeyd edək ki, sakinlər aidiyyəti qurumlardan vəziyyətə dərhal müdaxilə olunmasını və təhlükənin aradan qaldırılmasını gözləyirlər.
Gülbəniz Səfərova