Bakıda bazar alova büründü - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Sabunçu rayonunda yerləşən Sabunçu bazarı ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Patrulaz.az məlumat əsasında dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.
Ərazidə vəziyyət qiymətləndirilərkən məlum olub ki, alov bazar daxilində bir-birinə yaxın məsafədə yerləşən müxtəlif təyinatlı obyektlərdə baş verib və yanğının sürətlə yayılma riski mövcuddur.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun geniş əraziyə yayılmasının qarşısı alınıb və qısa müddətdə yanğın tam söndürülüb.
Nəticədə, bazar ərazisində ümumi sahəsi 2000 m² olan bir dam altında yerləşən ticarət obyektlərindən təxminən 250 m² sahəyə ziyan dəyib. Yanğında avtomobil təmiri sexi (130 m²), içərisində təmirə dayanan “Mercedes” markalı minik avtomobili, 100 m² sahəsi olan kafe, eləcə də sahəsi 10 m² olan kişi bərbərxanası və avtomobil ehtiyat hissələri mağazasının yanar konstruksiyaları yanıb.
Bununla yanaşı, yaxınlıqdakı digər ticarət obyektləri və park edilmiş avtomobillər alovun təsirindən qorunub.






