media-geza

Bu gün Bakının Xəzər rayonu, Binə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Patrul.az Oxu.az-a istinadən xəbər verir ki, qəza 07:40-da baş verib.

Bildirilib ki, Fariz Namiq oğlu Şahbazovun idarə etdiyi “Hyundai” markalı, 88-BS-435 dövlət nömrə nişanlı avtobus Binə qəsəbəsi ərazisində 160 nömrəli xətt üzrə hərəkət edən “İSUZU” markalı, 77-JD-305 dövlət nömrə nişanlı sərnişin avtobusuna çırpılıb.

Qəza nəticəsində dörd nəfər xəsarət alıb və hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.


Bənzər xəbərlər