media-media-01kx3ky1ybv9a75h3m739cvmcy-large-yn48ps-1

Paytaxtda keçmiş arvadı Amaliya Qəhrəmanovanı güllələyərək öldürməkdə və daha sonra özünə xəsarət yetirməkdə şübhəli bilinən Zaur Qəhrəmanovun vəziyyəti stabildir.

Bu barədə Patrul.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, iyulun 9-da Nəsimi rayonu, Mir Cəlal küçəsində baş verən hadisə ilə əlaqədar Kliniki Tibb Mərkəzinə hospitalizasiya olunan 1983-cü il təvəllüdlü Z.Qəhrəmanovun müalicəsi Neyrocərrahiyyə şöbəsində davam etdirilir. Onun vəziyyəti hazırda stabil qiymətləndirilir.

Xatırladaq ki, iyulun 9-da paytaxtın Nəsimi rayonu, Mir Cəlal küçəsində yerləşən aptekin qarşısında Zaur Qəhrəmanov keçmiş həyat yoldaşı A.Qəhrəmanovanı güllələyərək qətlə yetirib. O, daha sonra odlu silahla özünə atəş açaraq intihara cəhd edib. Məlumata görə, A.Qəhrəmanova sözügedən aptekdə əczaçı işləyirmiş və tərəflər bir neçə ay əvvəl rəsmi şəkildə boşanıblar.

Gülbəniz Səfərova


Bənzər xəbərlər