media-f37cf4e2e81855038d0d4847cf101fb5

Qaradağ rayonunda soyğunçuluq hadisəsi qeydə alınıb. Rayon ərazisində yerləşən parkların birində şübhəli şəxs sosial şəbəkədə tanış olduğu qadının mobil telefonunu soyğunçuluq yolu ilə talayıb.

DİN-in Mətbuat Xidmətindən Patrul.az-a verilən məlumata görə, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 26 yaşlı İ.Əliyev saxlanılıb.

Araşdırma aparılır.


Bənzər xəbərlər