“Dalğa Plaza”dan Patrul.az-ın paylaşımı ilə bağlı açıqlama - VİDEO
“Dalğa Plaza” rəhbərliyi avtomobil dayanacağında yaranmış vəziyyətlə bağlı açıqlama yayıb.
Açıqlamada bildirilir ki, paytaxta yağan intensiv yağışlardan sonra asfalt örtüyünün çökməsi nəticəsində ərazidə dərin çuxur yaranıb və vəziyyət nəzarət altındadır.
Qeyd olunub ki, çuxurun vaxtında bərpa olunmamasına səbəb ərazidə yerləşən “Dalğa Plaza”nın əsaslı təmiri ilə bağlı layihələndirmə işlərinin davam etməsidir. Bununla belə, sürücülərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə ərazidə operativ tədbirlər görülüb. Bu tədbirlərin müvəqqəti xarakter daşıdığı, problemin qısamüddətli həllinə xidmət etdiyi vurğulanıb.
Bildirilib ki, layihələndirmə işləri başa çatdıqdan sonra ərazidə əsaslı təmir-bərpa işləri həyata keçiriləcək və avtomobil dayanacağı sürücülərin təhlükəsiz istifadəsinə veriləcək.






