Bakıda mağazada partlayışla müşayiət olunan yanğın baş verib - VİDEO
Bakı şəhəri, Nizami rayonunda yanğın baş verib.
Patul.az xəbər verir ki, hadisə Elşən Süleymanov küçəsi, 137A ünvanında fəaliyyət göstərən gül satışı mağazasında qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə sözügedən ünvanda yerləşən mağazada partlayışla müşayiət olunan yanğın barədə ilkin məlumat daxil olub.
Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb edilib.
Yanğının yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürüldüyü bildirilir.






